Menu

Fidan Sibiqa ilə görüşüb – Bu məsələləri müzakirə ediblər

14.05.2025, 17:16
Fidan Sibiqa ilə görüşüb – Bu məsələləri müzakirə ediblər

Türkiyənin xarici İşlər naziri Hakan Fidan Ukraynalı həmkarı Andrey Sibiqan ilə Antalyada bir araya gəlib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, görüş zamanı Ukrayna-Rusiya münaqişəsində atəşkəs səyləri, davamlı sülh axtarışları və Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə mümkün səfəri müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına görə, görüşdə tərəflər Ukrayna ilə Rusiya arasında atəşkəsin təmin edilməsi və davamlı sülhün qurulması istiqamətində görülən işləri də qiymətləndiriblər.

Qeyd olunub ki, bu diplomatik təmas, İstanbulda aparılacaq sülh danışıqları öncəsi tərəflər arasında koordinasiyanın artırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol