308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
"Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.
Məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunma iddiasına da münasibət bildirilib.
Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.
308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.


Şərhlər
Hal hazırda orta məktəblər ölkədə ən rüşvətxor bir strukturdur desəm səhv etmədiyinə əminəm. Digərləriındə hiss ediləcək qədər azalmaqda ikən məktəblərdə rüşvətxorluq günü gündən "çiçəklənir". Direktorların qadın olduğu məktəblərdə "seyid həddinə arxayın olduğu"kimi qadın olduqlarına və buna görə kişilərə nisbətən daha az cəzalanacaqlarına arxayın olmaqları düşüncəsi də bunda xeyli pol oynayır təhsil verməkdən başqa nə ilə desən məşğuldurlar