Dekabrın 28-də Avropa Şurasının Brüssel ofisində Avropa İttifaqı ilə Avropa Şurası arasında yeni əməkdaşlıq sazişi imzalandı.
Sazişin məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada demokratiya, hüquqi dövlət və insan hüquqlarının inkişafına dəstək verməkdir.
Sazişi AŞ baş katibinin müavini Qabriela Battaini-Draqoni və Avropa Komissiyasının nümayəndəsi Mikael Köhler imzalayıblar. Mərasimə Avropa Şurasının Brüssel ofisinin rəhbəri səfir Torbyorn Froysnes ev sahibliyi edib.
Ümumi dəyəri 33.8 milyon avro olan saziş 3 illik müddət üçün imzalanıb. AŞ baş katibinin müavini Qabriela Battaini-Draqoni bu müddətin artırılacağını da istisna etməyib. /"eunews.az"


Şərhlər