Menu

"Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik" - Pezeşkian

15.05.2025, 12:02
"Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik" - Pezeşkian

İran Azərbaycanla qardaşlıq və bərabərlik istəyir.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında verdiyi bəyanata istinad edərək deyib:

“Biz ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh, əmin-amanlıq istəyirik. Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik istəyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol