Müğənni Dəniz Əsədova həbs edilib. Bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb.
Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.
Faktı "Report"a vəkil Asim Abbasov təsdiq edib.
Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterlerli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.
Xatırladaq ki, D.Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər-müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.


Şərhlər