Rusiya Ukraynada əlavə əraziləri ələ keçirmək üçün yeni hücuma başlamaqdan ötrü cəbhə xəttində əhəmiyyətli qüvvələr toplayır.
“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” ABŞ-nin adı çəkilməyən iki rəsmisinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, rus komandanlığı Ukraynanın şərqinə doğru irəliləmək üçün böyük zərbə qrupları yaratmağa çalışır. Qeyd olunur ki, Moskva mümkün qədər çox ərazi ələ keçirmək niyyətindədir.
ABŞ rəsmilərinin dediyinə görə, Rusiya üçün maneə Ukraynaya məxsus PUA-lar və minalanmış sahələrdir. Bu da sayca çox olsa belə, Rusiya qüvvələrinin qarşısını alır. Ukrayna isə insan resurslarının çatışmazlığından əziyyət çəkir ki, bu da onun müdafiəsini çətinləşdirir.
Eyni zamanda, ABŞ şayiələrə baxmayaraq, Şimali Koreyanın Rusiyanın Ukraynadakı qoşunlarını əhəmiyyətli dərəcədə gücləndirməyə qadir olduğuna dair heç bir əlamət görmür.
“CNN”-in məlumatına görə, Moskva yeni hücum qorxusunu artıraraq qoşun və texnikanı cəbhə xəttinə köçürməkdə davam edir.
“AzPolitika.info”


Şərhlər