Menu

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

15.05.2025, 20:30
Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi  - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin yeni sədri Zəka Mirzəyev özünə müşavir təyin edib.

."AzPolitika" xəbər verir ki, müvafiq əmrlə 1994-cü il təvəllüdlü Amin Abdullayev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, 31 yaşlı Amin Abdullayev 2022-2025-ci illərdə isə Mərkəzi Bankda Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.

O, daha əvvəl - 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktual hesablamalar departamentində baş mütəxəssis vəzifəsində çalışıb.

Şərhlər

Bakılı 2025-05-15 22:58:52

Bankir bankın sahibi yaxud yüksək səviyyəli idarəedici kimi bankı və onun həyata keçirdiyi maliyyə əməliyyatlarını idarə edən şəxsə deyilir, mütəxəssis yaxud analitik səviyyəsində işçi nə vaxtdan bankir oldu? Heç olmasa bank işçisi deyin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol