Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna tərəfi ilə danışıqlarla bağlı vəziyyətin inkişafını Türkiyə Prezidenti Dolmabağça sarayındakı ofisində deyil, başqa yerdə gözləməyi planlaşdırır.
Bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.
“Rusiya nümayəndə heyəti prezident ofisinə getməyib və vəziyyətin inkişafını və məlumatları başqa yerdə gözləyəcək”, - mənbə deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də Moskvanın Ukrayna hökumətinə 2022-ci ildə kəsdikləri birbaşa danışıqları mayın 15-də İstanbulda ilkin şərt olmadan bərpa etməyi təklif etdiyini açıqlayıb.
***
"Ukrayna ilə birbaşa danışıqların son məqsədi sülhün təsis edilməsidir".
Bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiyanın İstanbuldakı Baş Konsulluğunda bildirib.
Onun sözlərinə görə, bu, həm də münaqişənin ilkin səbəblərini aradan qaldırmağa yönəlib: "Nümayəndə heyəti həll yollarının və təmas nöqtələrinin axtarışını hədəfləyir".
Medinski vurğulayıb ki, nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün səlahiyyətlərə malikdir.
Bu arada Zelenski Ukrayna nümayəndə heyətini İstanbula göndərdiyini təsdiqləyib.
O, bu barədə Türkiyə prezidenti Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin rəhbəri Ukraynanın müdafiə naziri Rustem Umerov olacaq.
Prezident əlavə edib ki, Ukrayna nümayəndə heyətinin atəşkəs məsələsini müzakirə etmək mandatı var.
***
Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbuldadır.
“AzPolitika” xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Xarici İşlər naziri Andrey Sıbiqa, Müdafiə naziri Rustem Umerov, Prezident Ofisinin başçısı Andrey Yermak və onun iki müavini daxildir.
Rusiya tərəfdən Putinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin danışıqlarda iştirak edir.
Qeyd edək ki, Prezident Volodimir Zelenski İstanbulda olsa da, görüşlərində iştirak etməyəcək.O, görüşdən əvvəl Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
“AzPolitika.info”


Şərhlər