Menu

Ağcabədidə şəhid Miriş Rüstəmovla vida mərasimi keçirilib

16.05.2025, 13:14
Ağcabədidə şəhid Miriş Rüstəmovla vida mərasimi keçirilib

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol