Menu

"Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib" - Tramp

16.05.2025, 13:51
"Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib" - Tramp

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərləri ABŞ iqtisadiyyatına 12-13 trilyon dollar məbləğində investisiya razılaşmaları ilə nəticələnib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu Əbu-Dabidə ABŞ və BƏƏ-nin işgüzar dairələrinin nümayəndələrinin görüşündə deyib.

Görüşdə Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd Əl Nəhayyan da iştirak edib.

"Biz təxminən 12-13 trilyon dollarla bağlı razılığa gəldik. Biz artıq məlum olan layihələr sayəsində 12-13 trilyon dollar səviyyəsinə çatdıq, bəziləri haqqında isə çox yaxın zamanda məlumat verəcəyik", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol