Menu

“Putin sülh istəmir” - “Təzyiqi artırmalıyıq”

16.05.2025, 18:05
“Putin sülh istəmir” - “Təzyiqi artırmalıyıq”

Vladimir Putinin son hərəkətləri onun sülhə nail olmaq istəmədiyini nümayiş etdirir və buna görə də ona qarşı sanksiyaların gücləndirilməsi lazımdır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Leyen bunu Tiranada Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl açıqlayıb. 

O qeyd edib ki, Putin əvvəlcə mayın 9-u ərəfəsində atəşkəsə çağırıb, lakin sonradan özü bu vədinə əməl etməyib. Daha sonra o, Ukraynanın Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə 30 günlük tam və qeyd-şərtsiz atəşkəsə çağırışını rədd edib: “Və sonda o, Ukrayna və Rusiya arasında Türkiyədə birbaşa görüş təklif etdi. Prezident Zelenski görüşə hazır idi. Prezident Putin isə heç cür gəlmədi. Bu, Putinin sülhə can atmadığına dair həqiqi əminliyini göstərir. Ona görə də biz təzyiqi artırmalıyıq".

O əlavə edib ki, məhz buna görə Aİ yeni sanksiyalar paketi üzərində işləyir: “Bu paket, məsələn, "Şimal axını 1" və "Şimal axını 2" ilə bağlı sanksiyaları əhatə edəcək. Buraya Rusiyanın "kölgə donanmasının" daha çox gəmilərinin sanksiya siyahısına salınması işləri və Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiyalar daxil olacaq. Bizim üçün sülhə nail olmağımız vacibdir və buna görə də prezident Putin sülhə hazır olana qədər ona təzyiqləri artırmalıyıq".

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2025-05-16 18:25:46

Şərh üçün iznlə! RF üç ildir Kiyev, Odessa da daxil Ukraynanı (NATO, Avropa iddiası ilə) Hərbi Atəşlərlə məhv etməkdədir və nəinki, Ukrayna, BMT TŞ, ATƏT, AŞPA, Aİ, NATO ayrılıqda və ya birlikdə Kremlin bu xarici siyasətinimi, ya iddiasınımı tam ödəyə bilmirlər? Deməli, Kremldən Ukraynaya yeni və sonrakı münasibətdə nə istədikləri qəti-konkret Dövləti-Kreml, Qanunverici Dumanın rəsmi təsdiqi ilə alıb, müzakirə etmək daha operativ-faydalı diplomat vəzifəsi deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol