Ədalət Partiyasının IX qurultayı keçirilib. Qurultayda Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb.
Ədalət Partiyası Ali Məclisi bu ilin aprelində M.Rəhimlini partiyadan kənarlaşdırılmışdı. Həmin dönəm sədr müavini olan Rəhimlinin partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığı iddia olunmuşdu.
Ancaq M.Rəhimli və ətrafı həmin qərarın qeyri-legitim olduğunu bildirmişdi. Hökumət də siyasi partiya rəhbərlərinin Qarabağa səfərinə Ədalət Partiyasından M.Rəhimlini dəvət etmişdu.
Bundan sonra Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.
"AzPolitika.info"


Şərhlər
TEBRIKLER.