Menu

"Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır" - Çingiz Qənizadə

18.05.2025, 10:56
"Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır" - Çingiz Qənizadə

"Sovet Sosialist Respublikası Azərbaycan Xalq Cümhuriyyətini hakimiyyətdən devirən və o dövrdə formalaşmaqda olan dövlətimizin müstəqilliyini təmin edən şəxslərin hamısını təqib edən, məhv edən bir rejim idi".

Bu fikirləri Baku TV-nin "Aktual Gündəm" verilişində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə səsləndirib.

"O rejimin rəhbərliyində təmsil olunanların əksəriyyəti, söz sahibi olanların isə demək olar ki, hamısı ermənilər idilər və onlar birbaşa Moskvadan təyin olunmuşdular. Ermənilərin əli ilə Azərbaycanda saysız-hesabsız faciələr törədilirdi. Məhz həmin rejim bizim Hüseyn Cavidimizi, Mikayıl Müşfiqimizi və minlərlə digər ziyalımızı məhv etdi.

Bu gün Azərbaycanın qarşısında yalnız bir yol var - müstəqil yol. Bu yol Türk Dövlətləri Təşkilatı içərisindən keçir. Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır", - deyə o bildirib.

Ətraflı süjetdə:

Şərhlər

Senan 2025-05-18 20:20:40

Amma bizim ağçaqqallar elə důṣůnmůr

Bəhrami 2025-05-18 13:52:01

İflas Türkiyədən bütöv (təx. 630 min kv km) Azərbaycan ili-şahlığı, ya Rusiyanın Qafqaz quberniyası olacaq ölkəmiz iki əsr öncədən Silahlı soyqırm terrorlarına uğrasa də, yaxın qonşu ölkələrlə Böyük RF, çoxsaylı Avropa ölkələrinə müəyyən sahələrdə gərəkli olduğu kimi qalan bütün Səkkiz milyard şüurlu nüfuzlu bütöv Dünya da Azərbaycanımıza gərəkdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol