Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna danışıqları çərçivəsində Ukrayna Rus Pravoslav Kilsəsi məsələsini qaldırıb. Bununla da Kreml tələblərinin siyahısını bir qədər də genişləndirmiş olub.

“AzPolitika” xəbər verir ki, mətbuata açıqlamasında Lavrov bu məsələnin gündəmə gətiriləcəyini deyib.

Onun sözlərinə görə, “Putinin Trampla danışıqlarından sonra Rusiya münaqişənin sülh yolu ilə həllini hədəfləyir və pravoslav ukraynalıları dəstəksiz qoymayacaq, həmçinin Ukraynada pravoslav kilsəsinin hüquqlarının bərpası üçün mübarizə aparacaq”.

Qeyd edək ki, bundan öncə Putinin bəyanatlarında Ukraynada qadağan edilmiş Rus Pravoslav Kilsəsindən xüsusi bəhs edilməyib. O, Moskvanın “Kiyevin anti-Rusiya kursu” və Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə əlaqələndirdiyi “Ukrayna böhranının əsas səbəblərini” aradan qaldırmağın vacibliyini vurğulayıb. Lakin kilsə ilə bağlı tələb olmayıb.

“AzPolitika.info”