Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada Mavritaniya və Sloveniya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər.
Azərbaycan millisinin yer aldığı A qrupunda mübarizə aparan kollektivlərin duelində qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, turnirin əvvəlki oyunlarında Fransa Çadı (1:0), Portuqaliya Bolqarıstanı (3:1), İngiltərə Ukraynanı (4:0), Slovakiya Hindistanı (15:0), Rumıniya Özbəkistanı (2:1) məğlub edib. Macarıstan - Türkiyə və Azərbaycan - Bəhreyn görüşlərində tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Şərhlər