ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

“AzPolitika” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.

"CBS News" telekanalının məlumatına görə, hadisə yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

İsrail səfirliyinin sözçüsü bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.

O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: