Menu

Bakıda 8-ci sinif şagirdi intihar edib

19.12.2014, 10:04

intihar-460x300Bakıda məktəbli intihar edib.

Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol