Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma baş tutub.
E qrupunun oyununda Tailand yığması Monteneqro ilə heç-heçəyə razılaşıb.
Milli Gimnastika Arenasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
E qrupunun digər oyununda İndoneziya yığması Kosta-Rika ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən oyun İndoneziya millisinin qələbəsi ilə nəticələnib - 1:0.
Bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya seçməsi Qananı məğlub edib.
Yarışın ikinci gününün ilk qarşılaşması avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün daha yeddi qarşılaşma baş tutacaq.
09:00
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının ikinci günündə daha 8 qarşılaşma baş tutacaq.
Oxu.Az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın ikinci gününə Qana - İspaniya oyunu ilə start veriləcək.
Dünya çempionatı
Qrup mərhələsi
I tur
22 may
E qrupu
14:00. İndoneziya - Kosta Rika
15:15. Monteneqro - Tailand
F qrupu
18:15. Qazaxıstan - Polşa
19:30. ABŞ - Bosniya və Herseqovina
G qrupu
16:30. Çexiya - Argentina
20:45. Gürcüstan - BƏƏ
H qrupu
12:45. Qana - İspaniya
22:00. Serbiya - İsrail
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Şərhlər