Menu

Dünya çempionatı: Millimizin rəqiblərinin oyununda iki qol vuruldu

23.05.2025, 16:18
Dünya çempionatı: Millimizin rəqiblərinin oyununda iki qol vuruldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilib.

 A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər.

"AzPolitika" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.

Qeyd edək ki, bu gün daha 7 oyun baş tutacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol