Menu

Dünya çempionatı: Fransa yığması Özbəkistan ilə üz-üzə gəldı

23.05.2025, 16:20
Dünya çempionatı: Fransa yığması Özbəkistan ilə üz-üzə gəldı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

B qrupunun II turunda Fransa yığması Özbəkistan ilə üz-üzə gəlib.

"AzPolitika" xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.

Fransızlar ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.

Bu gün, saat 16:30-da B qrupunda daha bir görüş - Çad - Rumıniya qarşılaşması baş tutacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol