Menu

Dünya çempionatı: İngiltərə və Macarıstan yığmaları üz-üzə gəliblər

23.05.2025, 17:08
Dünya çempionatı: İngiltərə və Macarıstan yığmaları üz-üzə gəliblər

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

İngiltərə və Macarıstan yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

"AzPolitika" xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

İngiltərə I turda Ukraynanı 4 cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb - 1:1.

C qrupunun Ukrayna - Türkiyə matçı bu gün, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol