Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib.

B qrupunda II turun oyununda Rumıniya və Çad milliləri üz-üzə gəliblər.

"AzPolitika" xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2.

Qrupun bu gün baş tutmuş digər matçında Fransa Özbəkistanla bərabərə qalıb - 3:3.

Fransa ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.