Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının III turuna 8 qarşılaşma ilə start veriləcək.

"AzPolitika" xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışın beşinci gününə Özbəkistan - Çad oyunu ilə start veriləcək.

Dünya çempionatı

Qrup mərhələsi

III tur

25 may

A qrupu

14:00. Bəhreyn - Sloveniya
19:30. Azərbaycan - Mavritaniya

B qrupu

12:45. Özbəkistan - Çad
22:00. Rumıniya - Fransa

C qrupu

16:30. Macarıstan - Ukrayna
18:15. Türkiyə - İngiltərə

D qrupu

15:15. Hindistan - Portuqaliya
20:45. Slovakiya - Bolqarıstan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.