Menu

"Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" - Ceyhun Bayramov

25.05.2025, 14:22
"Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir" - Ceyhun Bayramov

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

“Bu gün biz müxtəlif formatlarda görüş zamanı ikitərəfli münasibətləri, çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə etdik, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Azərbaycan-Ukrayna münasibətlərində həmişə beynəlxalq hüququn norma və prinsipləri əsas təşkil edir”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol