Menu

Dünya çempionatı: Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb

25.05.2025, 21:27
Dünya çempionatı: Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycan yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda qələbə qazanıb.

"AzPolitika" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol