"İranla danışıqlarda real və ciddi irəliləyiş əldə etdik".
"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O, detib ki, İranla uğurlu danışıqlar aparılıb və bununla bağlı real və ciddi irəliləyiş əldə olunub.
“Nə baş verdiyini görməliyik, ancaq düşünürəm ki, İranla bağlı yaxşı xəbərlərimiz ola bilər”, - deyə, Tramp vurğulayıb.
Qeyd olunub ki, İranın xarici işlər naziri Abbas Əraqçı Romadakı danışıqların başa çatmasından sonra bunu “danışıqların ən peşəkar raundlarından biri” adlandırıb.
"AzPolitika.info"


Şərhlər