Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı çərçivəsində E qrupunda yer alan Kosta Rika ilə Tailand komandaları qarşılaşıb.

"AzPolitika" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Asiya təmsilçisinin 4-1-lik qələbəsi ilə yekunlaşıb.

Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.

E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün, saat 20:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.