Əsasən keçmiş SSRİ respublikaları və Şərqi Avropa ölkələrində Kremlin təsir aləti kimi fəaliyyət göstərən “Rus Evi” Suriyada da var imiş. Lakin Əsəd rejimi devriləndən sonra “Rus Evi” bu ölkədəki “şələ-küləsini” yığışdırmaq məcvburiyyətində qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, qərar Suriyada siyasi rejimin dəyişməsi və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə bağlıdır: "O, məlum vəziyyətə görə - Suriyada rejimin dəyişməsi səbəbindən dondurulub. Biz vəziyyətin bizə qayıdıb bu işi bərpa etməyə imkan verəcəyini gözləyirik".
Rusiya universitetlərində təhsil almaq üçün Suriyadan tələbələrin cəlb edilməsi də müvəqqəti olaraq dayandırılıb.Onun dediyinə görə, bu, sənədlərin yoxlanılması və namizədlərin müəyyən edilməsindəki çətinliklərlə bağlıdır. Hazırda təhsil kvotalarını artıq Rusiyada təhsil alan və təhsilin növbəti pilləsinə keçən suriyalı tələbələr doldurur. Ölkə xaricindəki suriyalıların müraciətləri də nəzərdən keçirilir.
Xatırladaq ki, “Rus Evi”-ni məlum səbəblərdən bağlayan ölkələrədən biri də Azərbaycandır.
“AzPolitika.info”


Şərhlər