Menu

"Hər şey yüksək səviyyədədir" - Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti

27.05.2025, 12:18
"Hər şey yüksək səviyyədədir" - Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti

Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti Denis Suxoruk Bakıda təşkil olunan dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

O, yarışın çox yaxşı təşkil olunduğunu bildirib:"Burada hər şey yüksək səviyyədədir. Bakıya ilk dəfədir gəlirəm. Məndə yalnız xoş xatirələr qalacaq. Müxtəlif ölkələri, insanları burada gördüyümüz üçün şadıq. Ölkə vətəndaşlarının bu mundiala cəlb edilməsi çox gözəldir. Şəhəri gəzirik, Bakıda turnirlə bağlı afişalar görürük".

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol