Ötən gün vətəndaşların 9 min manata yaxın pulu talanıb.
Bu barədə DİN-in mətbuat xudmətindən məlumat verilib.
Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, -məlumatda qeyd edilib.


Şərhlər
Bəs bu oğurluqların hansı bankların kartlarından olundğu niyə açıqlanmır? Oğurluqların səbəbini əvvlcə bu bankların hesablara girişi olan əməkdaşlara nəzarət etməklə daha tez müəyyən etmək olar.Kiber cinayətləri aşkar etməli olan qurumun işi niyə görünmür?Vətndaş hansı banka etibar etsin?
Bəs vətəndaşın talanmasının qarşısını almalı olan qurumlar niyə fəaliyyətsizik göstərir?bu belə davam etməlidir?Biabırçılıq! DİN niyə kənardan baxır.Banklar niyə bu gündədir ?7