Menu

Lənkəranda mağazada partlayış olub, satıcı xəsarət alıb - FOTO

28.05.2025, 13:25
Lənkəranda mağazada partlayış olub, satıcı xəsarət alıb - FOTO

Lənkəranda mağazada partlayış olub, xəsarət alan var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib.

İlkin ehtimala görə partlayışa səbəb soyuduculardan birinin balonundan qaz sızması olub.

Partlayış zamanı mağazada olan satıcı Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt üzrə araşdırma davam etdirilir.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol