Menu

"Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır" - Ərdoğan

28.05.2025, 13:49
"Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında beynəlxalq hava limanının açılmasının Azərbaycan üçün xeyirli olmasını diləyib.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında deyib:

“Yeni açılan Laçın Beynəlxalq Hava Limanın Azərbaycan üçün xeyirli olmasını diləyirəm. Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır. Belə möhtəşəm bir işə şahid olmaq çox gözəldir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol