Menu

Polşa Rusiya və Belarusu ittiham edib

29.05.2025, 15:23
Polşa Rusiya və Belarusu ittiham edib

Polşanın Baş naziri Donald Tusk ölkədə ikinci səviyyəli terror və kiber təhlükə müddətini uzadıb.

"Report" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rusiya və Belarus tərəfindən hibrid və kiber təhdidlərlə əlaqədar “Bravo” və “Bravo-CRP” təhlükə səviyyələrinin müddətini uzatmaq qərarına gəldim", - D.Tusk yazıb.

Baş nazir yüksək təhlükə rejimlərinin müddətinin nə qədər uzadıldığını dəqiqləşdirməyib.

Polşa hökuməti “Bravo” təhlükə səviyyəsini 2022-ci il aprelin 16-dan tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol