Menu

Kanadada meşə yanğınları - 17 min nəfər təxliyə olunacaq

29.05.2025, 15:40
Kanadada meşə yanğınları - 17 min nəfər təxliyə olunacaq

Kanadanın Manitoba əyalətində sürətlə yayılan meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilib. 

Əyalət rəhbərliyi 17 min nəfərin təxliyə ediləcəyini bildirib. Kanada Baş naziri Mark Karney hərbi qüvvələrin yardım üçün bölgəyə göndərilməsinə razılıq verib.

Manitoba Əyalət Başçısı Vab Kinyu mətbuat konfransında yanğınların Saskatchevan əyalətindən yayıldığını və vəziyyətin getdikcə pisləşdiyini bildirib. 

“Bu, bir çox Manitobalının həyatında gördüyü ən böyük təxliyə olacaq,” – deyə Kinyu vurğulayıb. Onun sözlərinə görə, təxliyə edilənlər Vinnipeg şəhəri də daxil olmaqla müxtəlif bölgələrdə yerləşən futbol stadionlarına və icma mərkəzlərinə yerləşdiriləcək.

Flin Flon şəhərinin bələdiyyə başçısı Corc Fonten isə bildirib ki, bütün sakinlər gecə yarısına qədər şəhəri tərk etməlidir. O, yeganə çıxış yolu olan Hayvey 10 yolundan istifadə edildiyini qeyd edib. 

Qeyd edək ki, hazırda Manitoba ərazisində aktiv olan 22 meşə yanğını var.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol