Menu

Cəlilabadda 37 yaşlı kişi qətlə yetirilib

29.05.2025, 23:32
Cəlilabadda 37 yaşlı kişi qətlə yetirilib

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol