Menu

HƏMAS ABŞ-nin Qəzzada atəşkəs barədə təklifini rədd edəcək

30.05.2025, 09:13
HƏMAS ABŞ-nin Qəzzada atəşkəs barədə təklifini rədd edəcək

HƏMAS Qəzza sektorunda atəşkəs barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən edilən yeni təklifi rədd edəcək.

"Report"un məlumatına görə, bu barədə "BBC" HƏMAS-ın nümayəndəsinə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, HƏMAS İsrailin təsdiqlədiyi Uitkoffun təklifini qəbul etməyəcək, çünki bu təklif müharibənin dayandırılması da daxil olmaqla radikalların əsas tələblərinə cavab vermir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol