Menu

Ağdərədə mülki şəxs minaya düşüb - Tərtər xəstəxanasına yerləşdirilib (Yenilənib)

30.05.2025, 20:40
Ağdərədə mülki şəxs minaya düşüb  - Tərtər xəstəxanasına yerləşdirilib (Yenilənib)

Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.

Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.

T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.

***

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

Hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.

Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol