Rusiya Zaporojye istiqamətində aktiv hücuma başlayıb.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin may ayında fəaliyyətinin yekunlarına dair yekun iclasında Baş Komandan Aleksandr Sırski deyib.
General əsas hücüm istiqamətlərini açıqlayıb: "Ukrayna Müdafiə Qüvvələri düşmənə xeyli itkilər verərək onun qarşısını almaqda davam edir. Düşmən əsas səylərini Pokrovsk, Toretsk, Liman, Novopavlovsk istiqamətlərində, eləcə də Sumı vilayətinin Rusiya Federasiyası ilə sərhəd rayonlarında cəmləşdirib. Zaporojye istiqamətində xeyli aktiv fəaliyyət göstərməyə və aktiv hücum əməliyyatları keçirməyə başlayıb".
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri arxa cəbhənin dərinliklərində düşməni və onun müdafiə potensialını məhv edir. May ayında Rusiya Federasiyası ərazisində 58 hədəf - hərbi obyektlər vurulub. Təcavüzkarın hərbi-sənaye kompleksinin imkanları zədələnib. Hədəflər arasında partlayıcı maddələrin istehsalı üçün qurğular və hücum PUA-ları da var.
“AzPolitika.info”


Şərhlər