Menu

ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib - Ağ Ev

01.06.2025, 08:51
ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib - Ağ Ev

ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı İran rəhbərliyinə “məqbul təklif” təqdim edib.

APA "The New York Times"-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib.

"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff İran rejiminə ətraflı və məqbul bir təklif göndərib. Onların marağındadır ki, bu təklifi qəbul etsinlər. Mövcud razılaşmaya hörmət əlaməti olaraq, administrasiya təklifin detalları ilə bağlı mediaya şərh verməyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol