Menu

Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı

02.06.2025, 09:26
Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı

Azərbaycanda "Match TV” kanallarının yayımı dayandırılıb. "AzPolitika" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, "Match TV” kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında” qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

Qeyd edək ki, "Match TV” 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol