Menu

İki gündə vətəndaşların bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb

02.06.2025, 10:38
İki gündə vətəndaşların bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb

Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.

Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər.

Şərhlər

İsfəndiyar 2025-06-02 11:28:21

Oğurlanan məbləğ necə təyin olunub?Böyükehtimalla.bu rəqəmləri bank oğurluqları ilə əlaqəsi olan şəxs müəyyən edə bilər.Niyə DİN bu məsələyə etinasız yanaşır? Axı xoruzun qyruğu görünməkddir və çoxdan bəllidir.Bank əməkdaşlarının əlaqəsi olmadan bu qədər müntəzəm ourluqların baş verməsi mümkünsüzdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol