“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.


Şərhlər
Hansı marketlərdə insanlar aldadılmır ? Belə yazı versəniz daha real olard.Marketlər yuxarıya hesabatda
xoşa gəlmiyən rəqəmlər verəndə yoxlanılr.bu Azərbaycan realığıdır.Bunun kimi başqa sahələr. Azərbaycanda koxanı gör,kəndi çap aforizmi hökm sürür.