Menu

Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir

02.06.2025, 16:18
Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib.

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.

Şərhlər

Rasim Quliyev 2025-06-02 21:32:49

Adamin dərdinə bax

Cəfər 2025-06-02 17:10:32

Gözəl nağıldır.Şxsiyyət vəsiqəsinin ASAN mərkzində alınmasına hansı məhddiyyət ola bilər?Qaldıki.onun cinayətlərinə görə prokurorluğa çağrlmasına və ya gətirilmsinə hansı maneçilik var ki?prokurorluqvəzifəsini icra etmyə nə və kim mane olur?Bu nağılın məqsədi aydın deyil.t

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol