Menu

"Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək" - Tramp

03.06.2025, 09:02
"Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək" - Tramp

Vaşinqton mümkün İran nüvə proqramı sazişi çərçivəsində Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Potensial sazişimiz çərçivəsində biz uran zənginləşdirməsinə icazə verməyəcəyik”, – o qeyd edib.

Amerika lideri vurğulayıb ki, “avtoqələm (əvvəlki ABŞ Prezidenti Cozef Baydenin administrasiyası – red.) çoxdan Tehranın uran zənginləşdirməsini dayandırmalı idi”.

Şərhlər

Eli 2025-06-03 09:28:07

Bu Tramp bey hele de ne Ptini ne d İranın siyasetini deyesen başa düşmür,İran belke de bir neçe atom bombasını artıq hazırlayın bbu ise nağıl danışır.Rusıya ve İran tam çökmese dünya xalqlarına rahatlıq olmayacaq.Bunu qanmaq yeni ele çetindir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol