“Çin Prezidenti Si Cinpini sevirəm, həmişə sevdim və sevəcəm də. Amma o çox sərtdir və razılaşmaq çox çətindir”.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump "Truth" sosial media hesabından etdiyi paylaşımda bildirib.
Ekspertlərə görə, Trampın bu açıqlaması iki ölkə arasındakı ticarət müharibəsinin yeni bir mərhələyə keçəcəyini göstərir.
Xatırladaq ki, ABŞ və Çin arasında vergi müharibələri, qarşılıqlı olaraq gümrük tariflərinin 90 gün müddətinə təxirə salınması ilə müvəqqəti olaraq dayandırılmışdı.
"AzPolitika.info"


Şərhlər