Menu

“Zirə” yeni futbolçu ilə anlaşıb

07.06.2025, 22:35
“Zirə” yeni futbolçu ilə anlaşıb

“Zirə” yeni futbolçu ilə anlaşıb.

"Report" xəbər verir ki, komanda Yeqor Boqomolski ilə müqavilə bağlayıb.

Anlaşmaya əsasən 25 yaşlı hücumçu 2 il "qartallar"ın formasını geyinəcək.

Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo” (Brest), “Rux”, “Minsk”, həmçinin Bakının “Neftçi” klubunda da çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol