İyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Eçmiədzinə – Erməni Apostol Kilsəsinin Ana Taxtına baş çəkərək bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Görüş zamanı o, katolikosa tam dəstəyini ifadə edib və Ermənistan hakimiyyətinin kilsəyə qarşı atdığı addımları sərt tənqid edib.
Ter-Petrosyanın bu çıxışı Baş nazir Nikol Paşinyan ilə Eçmiədzin arasında uzun müddətdir davam edən qarşıdurma fonunda baş verir. Son aylarda münasibətlər daha da gərginləşib. Erməni Apostol Kilsəsi Qarabağın itirilməsi, Qarabağ ermənilərinin taleyi və Rusiya ilə münasibətlərin korlanması səbəbilə hökuməti tənqid edib. Katolikos II Qaregin Paşinyan hakimiyyətini “xalqın milli kimliyinə və tarixi dəyərlərinə xəyanət”də günahlandırıb.
Buna cavab olaraq hökumətə yaxın media və Paşinyan tərəfdarları kilsəni “köhnə elita ilə əlbir olmaqda” və “Rusiyapərəst siyasət yürütməkdə” ittiham edir. Son aylarda kilsənin mülkiyyətinə və idarəçiliyinə qarşı hüquqi təzyiqlərin, bəzi ruhanilərə qarşı təhqiqatların başladılması qarşıdurmanın inzibati müstəviyə keçdiyini göstərir.
Ter-Petrosyanın bu kontekstdə verdiyi dəstək Eçmiədzinin mövqeyinə güclü siyasi siqnal və hökumət siyasətinə dolayısı etiraz kimi qiymətləndirilir. Keçmiş prezident hər nə qədər aktiv siyasətdən uzaq görünsə də, bu mövqeyi ölkə daxilində gedən siyasi və ideoloji qarşıdurmada ciddi əhəmiyyət daşıyır.
“AzPolitika.info”

Şərhlər
Bütün yerli və xarici qüvvələrin və xüsusən də Rusiyanın "Ermənistan"a basqılarını və daha doğrusu bu cür hədələrini görəndə, doğurdan da Paşinyanın nə qədər zor bir dirənişlə qarşı-qarşıya olduğunun şahidi oluruq. Ölkədəki, xarici dövlətllərin köpəkləri, illərdir beynləri (day qanlarını demirəm, qanlarının murdarlanması tanrıdandır və bunun da dərmanı yoxdu) zəhərlənmiş erməni gəncliyi, revanşist erməni keşişlərinin dövlətə basqısı və ən çox da regoonun stabilliyində maraqlı olmayan xarici dövlətlərin basqıları, doğurdan da Paşinyan üçün böyük sorunlar yaradır. Ona görə də Azərbaycanla sülh müqaviləsinin bağlanılması naminə, bəlkədə indiki halda Paşinyan kimi, bir erməni baş nazirinin öz postunda qalması həm bizim üçün və həm də Türkiyə üçün bir şansdır. Çünki, sanmıram Türekiyə və Azərbaycan qonusunda Paşinyan qədər hansısa bir erməni onun qədər anlayışlı və gerçəkləri derk etmiş olsun. Umarıq, həm Azərbaycan və həm də Türkiyə yetgililəri bunun farkındadırlar və lazım olan hər şeyi də edirlər.