Ukraynanın cənub silahlı qüvvələri Rusiya hərbi texnikasını daşıyan qatarı (lokomotivi) vurub. Ruslar əməliyyat nəticəsində 13 tank və 100-dən artıq döyüş texnikası itirib.
İddia olunur ki, taxıl daşıyan qatarın konteynerində yerləşdirilmiş dronlar lyuklar açıldıqdan sonra havaya qalxaraq lokomotivi vurublar. Bundan sonra silah daşıyan lokomotiv hərəkətini itirərək dayanıb. Sonra dronlar bir-bir qatarla hərəkət edən texnikaları məhv edib.
Əməliyyat SBU tərəfindən hazırlanıb. Hələlik əməliyyatın baş verdiyi istiqamət konkret olaraq hələ açıqlanmayıb.
"AzPolitika.info"


Şərhlər