Menu

Türkiyədə bayram günləri 26 nəfər avtomobil qəzasında ölüb, minlərlə insan yaralanıb

08.06.2025, 16:18
Türkiyədə bayram günləri 26 nəfər avtomobil qəzasında ölüb, minlərlə insan yaralanıb

Türkiyədə Qurban bayramının ilk üç günündə 26 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə yazıb.

“Qurban bayramının ilk üç günündə (çərşənbə, cümə və şənbə) 2 238 yol-nəqliyyat hadisəsi baş verib. Təəssüf ki, 26 vətəndaşımız hadisə yerində keçinib. 3 590 vətəndaşımız isə yaralanıb”, – Yerlikaya qeyd edib.

Onun sözlərinə görə, eyni dövr ərzində yol polisi 1 milyon 351 mindən çox nəqliyyat vasitəsini təftiş edib.

Xatırladaq ki, iyunun 6-da daxili işlər naziri bayramın ilk günündə 10 nəfərin yol qəzalarında öldüyünü bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol