Menu

Belçika - Uels görüşündə 7 qol vurulub

10.06.2025, 07:17
Belçika - Uels görüşündə 7 qol vurulub

İyunun 9-da futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun baş tutub.

Apasport.az xəbər verir ki, birinci oyunda Norveçə uduzan İtaliya yığması bu dəfə Moldovanı qəbul edib.

2 qolun vurulduğu matçda sevinən tərəf italiyalılar olub. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Belçika millisi Uelslə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada azarkeşlər 7 qola şahidlik ediblər. Belçikalılar rəqibini 4:3 hesabı ilə məğlub etməyi bacarıblar.

DÇ-2026 Avropa zonası, seçmə mərhələ

9 iyun

I qrupu 22:45. Estoniya – Norveç 0:1

22:45. İtaliya – Moldova 2:0

Xal durumu: Norveç – 12 İsrail – 6 Estoniya – 3 İtaliya – 3 Moldova – 0.

J qrupu 18:00. Qazaxıstan – Şimali Makedoniya 0:1

22:45. Belçika – Uels 4:3

Xal durumu: Şimali Makedoniya – 8 Uels – 7 Belçika – 4 Qazaxıstan – 3 Lixtenşteyn – 0.

L qrupu 22:45. Xorvatiya ­– Çexiya 5:1

22:45. Farer adaları – Cəbəllütariq 2:1

Xal durumu: Çexiya – 9 Monteneqro – 6 Xorvatiya – 6 Farer adaları – 3 Cəbəllütariq – 0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol